Konfrans sistemi, Situasiya mərkəzi

Konfrans sistemi, Situasiya mərkəzi

Konfrans zal anlayışının ümümi mənası bütün iştirakçıların maksimal rahatlığını təmin edən xüsusi avadanlıqlarla təchiz olunan məkan deməkdir. Konfrans zalın texniki təminatının səviyyəsi məkanın ölçülərindən və istifadə məqsədindən ibarətdir. Bizim şirkət bu cür layihələrin reallaşdırılmasında geniş təcrübəyə malikdir və qarşısına qoyulan istənilən məsələni həll edə bilər. Biz sifarişçiyə onun tələblərinə və məkanın xüsusiyyətinə əsasən individual təklif təqdim edə bilərik.

Rezervasiya sistemi

Tədbir üçün nəzərdə tutulan məkanın əvvəlcədən rezervasiya olunması.

Avtomatlaşdırılma

  •  Müxtəlif cihazlar vasitəsi ilə bütün texniki avadanlıqların idarəolunması;
  • Zalın səs sisteminin idarəolunması;
  • Pərdələrin idarəolunması;
  • Otaqda temperaturun tənzimlənməsi;
  • İşıqlandırılmanın idarəolunması.

Təhsil sistemi

Tədris innovativ üçün vasitələr; İnteraktiv lövhə; Distansion təhsil.

Audio-video kommutasiya

Siqnal mənbələri və onları qəbuledənlərin vahid mərkəzə toplanması üçün vasitə və avadanlıq dəsti.

Situasiya mərkəzi müxtəlif növ obyektlərin və hadisələrin nəzarətdə saxlanılması, həmçinin operativ qərarların qəbul edilməsi üçün nəzərdə tutulan məkandır. Situasiya mərkəzləri ən son kommunikasiya vasitələri və məlumatın interaktiv şəkildə çatdırılması avadanlıqları ilə təchiz olunur. Situasiya mərkəzlərində istifadə olunan vasitələr iri həcmdə məlumatların ötürülməsini və verilən qərarların icraçılara çatıdırılmasını təmin edir. Bizim şirkətimiz öz müştərilərinə aparıcı dünya brendlərinin avadanlıqlarından istifadə etməklə irəli sürülən tələblər əsasında situasiya mərkəzlərinin yaradılmasını təklif edir. Biz bu məsələni maksimal qısa zamanda həll edib, mərkəzi yüksək keyfiyyətli lazımı avadanlıqlarla təchiz edə bilərik.

ESRA Plaza, Blok C, 3-cü mərtəbə Ə. Rəcəbli, 33, Baku, Azerbaijan
+994 (77) 220-36-63
+994 (12) 464-84-68
info@smartek.az