Enerji təchizatı və alternativ energetika sahəsində həllər

Enerji təchizatı və alternativ energetika sahəsində həllər

Enerji təchizatı sistemi binanın mühəndis sisteminin ən vacib komponentlərindəndir. Fasiləsiz enerji təchizatı normal həyat axınını təmin edən vacib amillərdəndir. Enerji təchizatına irəli sürülən əsas tələblərdən biri yüksək etibarlılıq və təhlükəsizlikdir. Bizim şirkət enerji təhlükəsizliyi və enerji effektivliyi məsələlərinə xüsusi diqqət ayırır. Enerji təchizatı sistemlərinin layihələndirilməsi zamanı biz müxtəlif beynəlxalq şirkətlərin təqdim etdiyi avadanlıqları nəzərə alırıq və mürəkkəbliyinə və xüsusiyyətinə görə bütün layihələr üçün optimal həll təklif edirik.

Elektrogenerator qurğuları

Biz fərqli yanacaq əsasında çalışan və 2-2500 kVA gücündə müxtəlif məsələlərin həlli üçün nəzərdə tutulan elektrogeneratorlar təklif edirik.

Fasiləsiz enerji mənbəyi (UPS)

Biz müştərilərimizin keyfiyyətli enerji təminatında maraqlıyıq və iri məlumat mərkəzlərindən başlayaraq sadə kompyuterlərə dək istənilən avadanlıq üçün fasiləsiz enerji mənbəyi təqdim edirik.

Alternativ elektrik təchizatı

SMARTEK şirkəti alternativ enerji mənbələrinin tətbiq edilməsi ilə aşağıdakı elektrik təchizatı üzrə həllər təqdim edir:

  • Günəş panelləri;
  • Günəş və hidrokollektorlar;
  • Külək generatorları;
  • Hidrogeneratorlar;
  • Qaz generatorları;
  • Akkumulyator batareyaları.
ESRA Plaza, Blok C, 3-cü mərtəbə Ə. Rəcəbli, 33, Baku, Azerbaijan
+994 (77) 220-36-63
+994 (12) 464-84-68
info@smartek.az