Tərəfdaşlar

 

1945-ci ildə yaradılmış Vimar Italiya şirkəti dünya şöhrətli elektrik cihazlarının istehsalçısıdır. Şirkətin məhsulları aşağıdakı seriyalara ayrılır: ev sektoru üçün elektrik cihazları, eləcə də ev elektronikası, iqlimə nəzarət sistemləri, mühafizə sistemləri (qarət əleyhinə və sındırılma əleyhinə), videodomofonlar, mehmanxana təsərrüfatını idarəetmə sistemləri, xəstəxana və otellər üçün sistemlər. Bundan əlavə, Vimar, həmçinin, sensorlu ekranlar, termostatlar, məlumat lövhələri, müxtəlif detektorlar, ştekerlər və s. istehsal edir.

Vimar şirkətinin məhsulları Avropa istehlakçıları arasında layiqincə məşhurdur. Şirkət müntəzəm olaraq bütün dünyadan olan partnyorları üçün təlim seminarları keçirir. Qeyd edək ki, Smartek şirkətinin mütəxəssislərinin İtaliya istehsalçısının avadanlıqları ilə işləmək üçün bütün zəruri sertifikatları var.

 

Smartek şirkəti Azərbaycanda Vimar məhsullarının rəsmi distribyutorudur və yeganə səlahiyyətli inteqratorudur

 

 


 

 

ISO 9001 məhsulun uyğunluq sertifikatına sahib olan Jung alman şirkətinin əsası 1912-ci ildə qoyulmuşdur. Şirkət ev, ofis və sənaye istifadəsi üçün elektrotexniki avadanlıqların istehsalı ilə məşğul olur. Məhsulların siyahısı yeddi mindən çox addan ibarətdir. Onların arasında “ağıllı evi” idarəetmə qurğuları, quraşdırıla bilən radioqəbuledicilər, sensorlu elektrik açarları, rele stansiyaları, hiqrostatlar, biometrik identifikasiya sistemləri, sensorlu panellər, videodomofonlar, kontrollerlər, rozetkalar, elektrik açarları, tənzimçilər, dimmerlər və s. var.

JUNG şirkəti Konnex Avropa Assosiasiyasının təsisçilərindən biridir və bugünkü gündə KNX-komponentlərin ən iri istehsalçılarının üçlüyünə daxildir. Şirkətin vizit kartı unikal texnologiyalar, əla dizayn və yüksək texnoloji materiallardır. Şirkətin məhsullar kataloqlarında hər kəs ofis və ev üçün istənilən interyerə harmonik uyğunlaşan əla aksessuarlar seçə bilər.

Elektrik avadanlıqlarının on beş xəttinin hazırlanmasında istifadə olunan materialların palitrası yetərincə genişdir. Şirkətin məhsul çeşidinə alüminiumdan, rəngli plastikdən, poladdan, akril şüşədən hazırlanmış elektrik açarları və rozetkalar daxildir. Siz burada oyma və taxma montaj, daxili və xarici quraşdırma üçün avadanlıqlar tapa biləcəksiniz.

 

Smartek şirkəti Azərbaycanda Jung məhsullarının rəsmi distribyutorudur və yeganə səlahiyyətli inteqratorudur

 

 


 

 

Crestron Electronics Amerika şirkəti artıq qırx ildən çoxdur ki, idarəetmə və avtomatlaşdırma sistemlərinin aparıcı istehsalçısıdır. Şirkət “ağıllı ev” sisteminin yaradılması və onun rahat idarə edilməsi üçün nəzərdə tutulmuş proqram təminatını və aparaturanın böyük çeşidini təklif edir. Crestron Electronics şirkətinin sistemləri özəl, kommersiya və dövlət sektorlarında tətbiq edilir.

 

 

Smartek şirkəti Azərbaycanda Crestron elit tərəfdaşıdır və inteqratorudur

 

 


 

 

NetUP - proqram təminatının tərtibatı ilə məşğul olan bir şirkət kimi, Moskva Dövlət Universitetinin məzunları tərəfindən 2001-ci ildə yaradılmışdır. Şirkət əsas diqqətini Rusiyada sürətlə inkişaf edən telekommunikasiya bazarının ehtiyaclarını ödəməyə yönəltmişdir. Hazırda şirkətin qabaqcıl IPTV sahəsində bir sıra həlli imkanları habelə bu sahənin inkişafı üçün lazım olan IP şəbəkə, əməliyyat sistemləri, məlumat bazaları və avadanlıqların mükəmməl bilgisi ilə məşğul olan yüksək ixtisaslı peşəkar mütəxəssislərə sahibdir.

Hal-hazırda NetUP - Moskva şəhərində baş qərargahı və mötəbər nüfuza malik bir şirkətdir. NetUP-ın tərtib etdiyi layihələr - Yeni Zelandiyadan Kanadaya qədər bütün dünyada quraşdırılmışdır.

 

Smartek şirkəti Azərbaycanda və Gürcüstanda NETUP məhsullarının regional distribyutorudur və inteqratorudur

 

 


 

Kramer Electronics Ltd. – 1981-ci ildə yaradılmış İsrail şirkətidir. Şirkət audio/video avadanlıqların və aksessuarların geniş spektrini istehsal edir.

Bunlar həm kommutatorlar, həm gücləndiricilər-paylayıcılar, həm də bilavasitə audio/video sistemlər, repiterlər, format dəyişdiriciləri, prosessorlar və s.-dir. Məhsulların ümumi siyahısı 2000-dən çox addan ibarətdir.  

Şirkətin baş ofisi Yerusəlimdə yerləşir. Bundan əlavə, Kramer Electronics-in həm Avropada, həm də ABŞ-da filiallar şəbəkəsi mövcuddur. Şirkətin məhsulları müxtəlif illərdə 50-dən çox beynəlxalq mükafat və prizlərə layiq görülmüşdür.

 

Smartek şirkəti Azərbaycanda Kramer məhsullarının səlahiyyətli distribyutorudur və inteqratorudur

 

 


 

Yüksək texnologiya sektorununda işləyən  HP - dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərir. HP  texnologiya məhsul portfeli tam ceşidini təklif edir.
HP infrastrukturu  el cihazlarından tutmuş dünyanın ən güclü superkompüterləri kimi  məhsulları var. Bundan əlavə, şirkət   əyləncə üçün məhsul rəqəmlı şəkil cəkəndən və çap cihazlarını istehlakçılarına təqdim edir. Məhsulların geniş çeşidi  müştərilərin fərdi ehtiyaclarını cavab verən ən yaxşı texnologiya və xidmətlər təklif etməyə imkan verir.

 

Компания Smartek является официальным партнером HP в Азербайджане

 

 


 

1975-ci ildə qurulan, dünya lideri olan Microsoft  şəxsi və biznes kompüter,  xidmətlər və internet texnologiyaları üçün hər cür proqram təminatı  yaradır.
Şirkət həmçinin dünyada  ən geniş proqram platforması olan Windows istehsalıcısıdır.
Microsoft məhsulları 80-dən çox ölkədə satılır, proqramları  45-dən artıq dilə tərcümə olunub.

 

Smartek şirkəti Azərbaycanda Microsoft rəsmi tərəfdaşıdır

 

 


 

Əsası hələ 1992-ci ildə qoyulmuş Penki Kontinentai ASC hal-hazırda Litva İT bazarında lider mövqeyini tutur və öz İT xidmətlərini Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Latviya, Estoniya və s. kimi 65-dən çox xarici ölkədə həyata keçirir.
Şirkət innovativ və unikal məhsul və həllər təklif etməklə,  ITT (informasiya texnologiyaları və telekommunikasiyaları) sahəsi və  bununla əlaqədar sahələrdə on beş illik təcrübəyə malikdir. PenkiKontinentai tərəfindən təqdim olunan məhsul və xidmətlərin spektoru banklar üçün inventardan, ödəmə sistemlərindən, diskont kartlarından və məlumatların mühafizəsindən tutmuş, interaktiv İP-televiziya, Skaynet optik lifli ev interneti və Skytel İP telefoniya da daxil olmaqla,  "Ağıllı ev" intellektual mənzil sistemi ilə 3P (Triple Play) ən innovativ telekommunikasiya xidmətlərindən birinə qədər tərəddüd edir.

 

Smartek şirkəti Azərbaycanda Penki Kontinentai rəsmi tərəfdaşıdır

 

 


 

"DAMASK" MMC - elektron növbənin aparatdan asılı olmayan sisteminin ən iri istehsalçısı, bu bazarda lider mövqeyini tutan şirkətdir.
Şirkətin fəaliyyət sahələri - DAMASK elektron növbə sisteminin işlənib hazırlanması, texniki dəstəyi, məhsulun regional partnyorlar şəbəkəsi vasitəsilə irəliləyişidir.
Hal-hazırda DAMASK:
Rusiyanın bütün ərazisi boyunca dövlət müəssisələrində və kommersiya təşkilatlarında tətbiq edilən 2500-dən çox obyektdir.
Bu, 80-dən çox sistem inteqratoru şirkətlərinin partnyor şəbəkəsidir.
"DAMASK" şirkətinin mütəxəssisləri DAMASK elektron növbə sisteminin istifadədə daha rahat olması və müştərilərə daha çox gəlir gətirməsi üzərində daim çalışırlar.

 

Smartek şirkəti Azərbaycanda Damask rəsmi tərəfdaşıdır

 

 


 

Somfy şirkəti 1969-cu ildə Klüze şəhərində (Fransa Alpları) yaradılmışdır. Şirkət müxtəlif avadanlıqları avtomatik idarəetmə sistemləri sahəsində dünya lideri mövqeyini tutmuşdur. Bununla yanaşı, Somfy jalüzlər, pancurıar, elektrik motorları və elektrik naqilləri istehsal edir. Hər gün Somfy-nin müəssisələrində 40 minə yaxın motor və naqillər hazırlanır.
Şirkətin məhsulları dünyanın 40-dan çox ölkəsinə təchiz edilir. Somfy-nin Fransadan kənarda yerləşən 45 törəmə şirkəti mövcuddur. Ciddi elmi bazaya sahib olmaqla, şirkət aktiv şəkildə yeni avtomatlaşdırma vasitələri işləyib hazırlayır və tətbiq edir.

 

 

Smartek şirkəti Azərbaycanda Somfy şirkətinin rəsmi tərəfdaşıdır

 

 


 

BETTERMANN Şirkətlər Qrupu  layihəçilərin  və quraşdırıcıların qarşısında, gələcəyin binalarında unikal bir birləşmələrin seçimini yaratmaqla,  bütün təyin olunmuş tapşırıqlar üçün xüsusi həllər təklif edən, intellektual elektrik quraşdırmanın yeni perspektivlərini açır.
Şirkətin çeşidinə  30 minə yaxın məhsulların adları daxildir. Elektrik məhsulların quraşdırılması üçün qutular,  elektrik məhsulların quraşdırma sistemləri, iş yerlərə paylama qutular - OBO bütün tətbiq sahələr və hər hansı tələblər üçün elektrik quraşdırma məhsulların geniş çeşidi təklif edir.
OBO şirkəti sənaye və əsaslı tikinti böyük layihələri üçün praktiki və asan-istifadə olunan həlləri təklif edir.

 

Smartek şirkəti Azərbaycanda OBO Bettermann şirkətinin rəsmi tərəfdaşıdır

 

 


 

Elvox şirkəti 1954-cü ildə təsis edilib və o vaxtdan bəri həmişə kommunikasiya məhsulları sektorunun liderlərindən biri olmuşdur. Təcrübə və davamlı inkişaf qabiliyyəti ilə, Elvox şirkəti avtomatlaşdırma, videodomofon cihazları, telefoniya və video nəzarət sahəsində bu sektorda beynəlxalq lider kimi dünya bazarında öz yerini müəyyən etmişdir.
Elvox məhsulları yüksək performansda dizayn və son materiallardan istifadə edərək hazırlandığından, hər bir mühitdə yüksək atmosfer yaradır.
Elvox şirkəti müxtəlif növdə istifadə və ehtiyacları ödəmək üçün analoq və rəqəmsal texnologiyaları dəstəkləyən videodomofon avadanlığı sahəsində geniş məhsul çeşidini təmin edir.

 

Smartek şirkəti Azərbaycanda Elvox rəsmi distribyutorudur və yeganə səlahiyyətli inteqratorudur

 

 


 

RTI şirkəti 1992-ci ildə yaradılmışdır. Əvvəlcə şirkət audio və video aparaturanı idarəetmə pultları üzrə ixtisaslaşırdı, özü də şirkətin məhsulları RTI-nin pultların istehsal edilməsi üzrə sifarişləri qəbul etdiyi brendlərın adı altında satılırdı. Lakin “smart house”-“ağllı ev” kimi tanınan industriyanın inkişafı ilə, şirkətin model sırası əhəmiyyətli dərəcədə genişləndi, idarəetmə qurğuları isə istehsalçının adını daşımağa başladı – RTI.
Hazırda RTI müxtəlif texnikanı, eləcə də “ağllı evin” sistemlərini – işıqlandırma, kondisiyalaşdırma sistemini və s. məsafədən idarəetmə pultları və sensorlu panelləri istehsal edir.

 

Smartek şirkəti Azərbaycanda RTI rəsmi tərəfdaşıdır 

 

 


 

Arcus Eds alman şirkəti “ağıllı ev” sisteminin yaradılması və onun idarə edilməsi üçün nəzərdə tutulmuş KNX-avadanlıqların istehsalçısıdır. Şirkət  evin mühəndis sistemlərinin və təhlükəsizlik sisteminin idarəedilməsi üçün sensorlu panellər, eləcə də həm daxili, həm də xarici istifadə üçün temperatur və rütubət tənzimçiləri, sərf olunan istiliyin və suyun miqdarına nəzarət üçün xüsusi ölçü cihazları, radiasiya detektorları, torpağın nəmlik detektorları, suyun və havanın keyfiyyət detektorlarını istehsal edir.

 

 

Smartek şirkəti Azərbaycanda Arcus-EDS rəsmi tərəfdaşıdır

 

 


 

Cool Automation şirkəti havalandırma sistemləri üçün idarəetmə gurğularının istehsalı, layihələndirmə və unikal həlli yollarının tərtibatı üzrə ixtisaslaşmışdır. Cool Automation şirkətinin məhsullarından, ev avtomatizasiya inteqratorları və kondisioner/havalandırma sistemləri yükleyicilerinden istifadəsi zamanı, BMS sisteminin kontrollerləri sayəsində havanın qeyri-standart VRV/VRF sistemlərin idarəolunması və inteqrasiya prosesi sadə və aydın olur.

 

Smartek şirkəti Azərbaycanda Cool Automation şirkətinin rəsmi tərəfdaşıdır

 

 


 

Mühəndislik, İT və telekommunikasiya sahələrində böyük təcrübə olan mühəndislərin birgə saziş nəticəsində “Intesis” şirkət 2000-ci ildə təsis edilmişdir.

Intesis artıq bina avtomatlaşdırılması, ventilyasiya və kondisioner, enerqetika, sənaye, ətraf mühit, və s. kimi sahələrdə layihələrini inkişaf etmişdi.

Intesis şirkətinin Sistem inteqrasiya həlləri hal-hazırda Amerika, Asiya, Avstraliya, Avropa və Orta Şərq kimi 20-dən çox ölkədə var.

Öz müştərilərinə daha yaxşı xidmət və dəstək göstərmək üçün,  şirkət daim tərəfdaşları və distribyutor şəbəkəsini dünya üzrə genişləndirir.

 

Smartek şirkəti Azərbaycanda Intesis rəsmi tərəfdaşıdır