Binanı idarəetmə sistemi (BMS)

Ənənəvi olaraq, binanın mühəndis avadanlığı hər biri fərdi xidmət tələb edən və biri digərindən asılı olmayan sistemlərin məcmusundan ibarət olur. Lakin bu gün xüsusilə mürəkkəb struktura malik binalarda mühəndis sistemlərinin sayı onlarladır. Onları köhnəlmiş mexaniki metodlarla effektiv idarə etmək praktiki cəhətdən mümkün deyil. Beləliklə, daha çox BMS-Building Management System qısaldılmış adı ilə tanınan BAİS-binanı avtomatlaşdırılmış idarəetmə sistemi meydana gəldi.

BMS şərti olaraq iki tipə ayrılır: şəxsi ev/mənzilləri (Home Automation - Ev üçün həllər bölməsində nəzərdən keçirilmişdir) idarə etmək üçün nəzərdə tutulan və inzibatı binaları (Building Automation)-yaşayış komplekslərini, mehmanxanaları, biznes mərkəzlərini, ticarət mərkəzlərini, xəstəxanaları və s. idarə etmək üçün nəzərdə tutulan. Bu məqalədə məhz Building Automation nəzərdən keçiriləcəkdir.


 

BMS-in iş sxemi

 

BMS-in beyni müvafiq proqram təminatı kompleksinə malik mərkəzi kompüterdir. Mərkəzi kompüter lokal kontrollerləri vahid şəbəkədə birləşdirir. Sonuncular isə öz növbəsində bütün mümkün tənzimçilər üçün qəbuledici və mühəndis avadanlığı üçün idarəedici rolunu oynayır. Tənzimçidən müəyyən siqnal aldıqda kontroller ya şəraitin tələb etdiyi əmri icraedici qurğuya ötürür, ya da dispetçerə, mərkəzi kompüterə siqnal göndərir.
 

BMS-in iş sxemi

Kontrollerlər vasitəsilə binanın bütün mühəndis sistemlərinin avtomatik idarə edilməsi həyata keçirilir, məsələn:

 

  • ventilyasiya sisteminin- intellektual sistem müstəqil şəkildə binadakı havanı müəyyən təmizlik və nəmlik səviyyəsində saxlayacaq
  • isitmə sistemini- əvvəlcədən quraşdırılmış sistem təqvim rejimində və ya hava rejimində işə düşəcək və minimum resurs işlədərək verilmiş temperaturu saxlayacaq
  • sərinləşdirmə sistemini - ilin fəslindən və ya çöldəki havanın temperaturundan asılı olaraq mərkəzləşdirilmiş kondisiyalaşmış sərinləşdirmə sistemi işə düşəcək. Özü də, sistem artıq enerji sərf etmədən verilmiş temperaturu saxlamaqla qənaətli rejimdə işləyəcək.
  • qaz-su təchizatı sistemini - qaz və su verilişi, rezervuarın doldurulması, qaz və su borularının monitorinqi avtomatik həyata keiriləcək.Qaz və ya su sızması olduqda dərhal bildiriş sistemi işə düşəcək və dispetçerin monitorunda müvafiq ismarıc ekrana gələcək
  • elektrik təchizatı və işıqlandırma sistemlərini – «ağıllı» sistem binada fasiləsiz elektrik enerjisi verilişini təmin edəcək. Enerjiyə maksimal qənaət isə proqramlaşdırılmış iş rejimləri vasitəsilə əldə olunacaq. Gündüz, axşam, gecə, iş günləri, bayram günləri, istirahət günləri – sistem hər şeyi nəzərə ala biləcək, zəruri olan yerdə və məhz optimal olan intensivlikdə işığı yandıracaq
  • təhlükəsizlik sistemlərini:
    - videomüşahidə
    - səlahiyyətli giriş
    - bildiriş

 

Qeyd edək ki, nasazlıqları aradan qaldırmaq və sistemin işini korrektə etmək həm dispetçer məntəqəsindən, həm də lokal kontrollerlərdən istifadə etməklə mümkündür. Fərq burasındadır ki, mərkəzi kompüterin bütün sistemlərə girişi vardır, hər bir kontrollerin isə- yalnız müəyyən sistemə və yalnız müəyyən zonada.

BMS-in üstünlükləri

BMS əksər rutin prosesləri avtomatlaşdırmağa imkan yaradır, bu da o deməkdr ki:


- etibarlılıq - insan amilinin azalması sayəsində qəfil sınmalar riski əhəmiyyətli ərəcədə azalır
- effektivlik - BMS mühəndis sistemlərinin işini optimallaşdırır, bu da sonda maksimal mümkün effektivlik bəxş edir
- qənaət - enerji təminatı, su-qaz təchizatı, isitmə və kondisiya sistemlərinin işinin optimallaşdırılması sərf olunan resurslara əhəmiyyətli dərəcədə qənaət etməyə şərait yaradır
- rahatlıq - BMS nəinki bina sahiblərinin (idarəetmə baxımından), həm də yekunda istifadəçilərin (istifadə baxımından) rahatlığını təmin edir. İntellektual binaların funksionalı “köhnə” üslubla təchiz olunmuş binalara nisbətən daha zəngindir
-operativlik - BMS-ə inteqrasiya edilmiş avtomatik təhlükəsizlik sistemləri istənilən fövqəladə hala operativ reaksiya verməyə imkan yaradır
 



Avtomatlaşdırmanın üstünlükləri ilə yanaşı, BMS bina sahiblərinə daha iki mühüm cəhət- mühəndis sistemlərinin dispetçerləşdirmə və statistik məlumatların avtomatik yığımını təqdim edir.

Dispetçerləşdirmə bütün mümkün altsistemlərin işini real vaxt rejimində gecə-gündüz müşahidə etmək imkanıdır. Məsələ burasındadır ki, binanın həyat təminatı sistemlərinin faktiki vəziyyətini “gözəyarı” müəyyənləşdirmək mümkün deyil. BMS isə normadan ən xırda kənara çıxmanı izləyir və dərhal dispetçeri potensial təhlükə və ya gözlənilən sınma barədə məlumatlandırır. Dispetçerləşdirmə vasitəsilə dispetçer mühəndis sistemlərinə nəzarət edir və bu və ya digər qurğuların sazlanmalarında dəyişikliklər kimi prosesləri idarə edir.

Öz növbəsində, mühəndis avadanlığının işinin nəticələrinə dair statistik hesabatlar onun effektivlik dərəcəsini analiz etməyə və sistemi lazımi qaydada sazlamağa imkan yaradır.

 

BMS-in daha bir üstün cəhəti onun miqyaslılığıdır. İntellektual sistemlər modullardan ibarətdir, buna görə də mərkəzi sistemi dayandırmadan əlavə elementlər daxil etməklə onları genişləndirmək kifayət qədərə asandır.

 


***

Ümumi nəticəyə gələrək, demək olar ki,binanı avtomatik idarəetmə sistemi həm şəxsi, həm də kommersiya daşınmaz əmlak sahibləri üçün zərurətə çevrilir. BMS-in istifadəsi binada həyat keyfiyyətini yüksəldir və iş üçün əla şərait yaradır. Bunan əlavə, avtomatik idarəetmə sistemi texniki xərcləri azaldır və resurslara, o cümlədən insan resurslarına qənaət edir.

Əgər yuxarıda sadalananlara yüksək təhlükəsizlik səviyyəsini də əlavə etsək, son illərdə intellektual idarəetmə sistemlərinin layihələndirilməsi və montajı ilə məşğul olan şirkətlərin xidmətlərinə dünya üzrə tələbatın sürətlə artma səbəbi aydın olur. Və bu artım davam edir. Azərbaycanda isə sözün əsl mənasında “ağıllı” binalar hələki yoxdur, lakin, bu və ya digər altsistemlərin intellektuallaşdırılması üzrə həllərin qismən istifadəsinə daha çox rast gəlinir. Və bu işlərin bir hissəsi Smartek şirkətinin (Portfolio bölməsinə baxın) mütəxəssisləri tərəfindən həyata keçirilmişdir.


Əgər Sizə məxsus ev və ya binanı rahat, təhlükəsiz və effektiv etmək imkanı Sizi maraqlandırdısa, bizə müraciət edin. Biz intellektual sistemlərin layihələndirilməsindən tutmuş onların texniki xidmətinə qədər bütün xidmətlər kompleksi göstəririk.