Smartek şirkətindən IP-televiziya

Dünyada, əsasən də Azərbaycanda daha çox insanlar rəqəmsal televiziyaya üstünlük verirlər. Analoq TV ilə müqayisədə, onun müəyyən üstünlükləri var - təsvirin və səsin daha yüksək keyfiyyəti. Fərq burasındadır ki, retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən, analoq siqnalı təhrif olunur, rəqəmsal isə yox. Buna görə də rəqəmsal televiziyada təsvir o dərəcədə realdır ki, elə təəssürat yaranır ki Siz açıq pəncərədən baxırsınız. Bundan əlavə, HD proqramlar və filmlər genişekranlı 16:9 formatında ötürülür, bu da kəsilmiş yox, tam təsvirdən zövq almağa şərait yaradır. Lakin rəqəmsal televiziya hələ də istifadəçinin imkanlarını məhdudlaşdırır. Biz əvvəlki kimi, yalnız operatorun bizə təqdim etdiyinə baxa bilərik. Bizə əlçatan idarəetmə kanalların çevrilməsi ilə məhdudlaşır. Müəyyən narahatçılıqları operatorlar da keçirir - onlar inkişaf və gəlirin artırılması yollarına sahib deyillər. Onlar üçün başlıca gəlir mənbəyi abunə haqqıdır.

Televiziyanın yeni nəsli - IPTV - operatorlara və son istifadəçilərə geniş imkanlar təqdim edir. Smartek şirkəti IP-şəbəkənin yaradılması və tənzimlənməsi üzrə həm respublika və şəhər səviyyəli iri ixtisaslaşdırılmış operatorlara, həm də mehmanxana, xəstəxana, yaşayış kompleksləri, yaxta və s. xidmətlər təklif edir. Bizim xidmətlər kompleksinə həmçinin personalın təlimi, şəbəkənin qarantiyalı və qarantiyasonrası xidməti daxildir.

 

IP-televiziyanın operatorlar üçün üstünlükləri

IP-televiziya operatorları böyük qənaət imkanını təmin edən və əlavə gəlir mənbələri təqdim edən bir sıra üstünlüklərə sahibdirlər. Şəbəkəyə qeyri-leqal qoşulmalardan yaranan itkilərin azalması qənaətə zəmanət verir, belə ki, peyk və ya kabel televiziyasından fərqli olaraq IPTV operatoru şəbəkəyə qoşulmaların sayına tamamilə nəzarət edir. Gəlirə qaldıqda isə, Sizin öz abunəçilərinizə təklif edə biləcəyiniz bütün dünyada populyar bir çox ödənişli servislər mövcuddur. Onlardan ən geniş yayılanlarını sadalayaq:
 


IPTV nədir?

IPTV texnologiyası (ing. Internet Protocol Television) (IP-TV, IP-televiziya) - lokal şəbəkə ilə ötürülən, məlumatların ötürülməsinin yüksək sürətini təmin edən interaktiv televiziyadır. Bunun sayəsində, IPTV mükəmməl keyfiyyətli video və səs yayımlamağa şərait yaradır. Bundan əlavə, IPTV abunəçilərə kontent sifariş verməyə və onun yayımını idarə etməyə imkan yaradır.

- Video on Demand (VoD) –xidmətin mahiyyəti bundadır ki, abunəçi fərdi qaydada operatorun VoD serverin kitabxanasında saxlanılan istənilən filmə baxmaq üçün sifariş verə bilər. Özüdə, filmə baxış zamanı abunəçilərə pauza və filmin fırladılması kimi imkanlar yaradılacaq. Qeyd edək ki, VoD serverin həcmi adətən kifayət qədər böyük olur ki, orada HD keyfiyyətli yüzlərlə film saxlanıla bilsin. Abunəçilərin üstünlük verdiklərini araşdıraraq (məsələn, müəyyən kateqoriyalı filmlərin sifariş tezliyi və ya adi sorğu metodu ilə), Siz öz filmotekanızı maksimal rentabelli edə bilərsiniz.

- near Video on Demand (nVoD) – bu xidmət əvvəlkindən onunla fərqlənir ki, eyni vaxtda bir çox abunəçilərə təqdim edilir. Abunəçilərin istəklərini nəzərə alaraq, qabaqcadan kinofilmlərin yayımlanma proqramı tərtib edilir. Sonra seçilmiş filmlər cədvəl üzrə yayımlanır, abunəçi isə proqramla tanış olduqdan sonra müəyyən filmə baxışı öncədən planlaşdırmaq imkanına sahib olur.

- Time Shifted TV – Bu xidmət sayəsində abunəçi yayımlanan televiziya verilişini vaxt baxımından “sürüşdürə” bilər. Yəni, pauzada saxlaya bilər və ya bəyəndiyi ya da qaçırdığı məqama yenidən baxmaq üçün geriyə fırlada bilər.

- TV on Demand (TVoD) – bu xidmət Video on Demand (VoD)  xidmətinə analojidir, lakin televiziya verilişlərinə qarşı tətbiq edilir. Abunəçi müəyyən verilişləri sifariş verə bilər və onlar TvoD-serverə yazılacaq və sonradan personal yayımlanma imkanı olacaq.

- «Personal videomaqnitofon» (NPVR).  Bu servis sayəsində Abunəçi  televizorun ekranından kontenti müstəqil şəkildə yaza və ona özünə rahat bir vaxtda baxa bilər. Yazılmış kontent operatorun serverində saxlanılır, ona giriş yalnız kontentin sahibinə məxsusdur.

- “Videomüşahidə” kanalı - IPTV-dən yaşayış komplekslərində və ya mehmanxanalarda istifadə edərkən, abunəçi elə bir xidmət sifariş verə bilər ki, ona əsasən,bəzi telekanalların əvəzinə videomüşahidə kanallarının yazıları yayımlanacaq. Məsələn,qarajda və ya uşaq meydançasında quraşdırılmış kameralara baxışı sifariş vermək olar.

- İnternet brauzinq – bu servis xüsusi klaviatura vasitəsilə birbaşa televizorun ekranından İnternetdə işləməyə imkan yaradır.

-Yüksəksürətli İnternet – lokal şəbəkədən istifadə etməklə, operatorlar abunəçilərə İnternet Şəbəkəsinə yüksəkli sürətli giriş təqdim edə bilərlər.

- Personal fayl anbarı – bu servis abunəçilərə operatorun serverində müəyyən məbləğ müqabilində yer ayrılmasını özündə kəsb edir. Abunəçilər öz virtual “xanalarında” şəxsi fayllarını saxlaya bilərlər.

- Şəbəkə oyunları - Ethernet şəbəkəsi abunəçilər arasında şəbəkəarası oyunlar təşkil etməyə imkan yaradır.

- Çatlar, səsvermələr - əvvəlkinə analoji servisdir, yalnız oyunların əvəzinə abunəçilərə lokal şəbəkənin digər iştirakçıları ilə maneəsiz söhbət aparmaq imkanı yaradılır.

- İntellektual sistemləri idarəetmə - IP-şəbəkənin resurslarından istifadə etməklə abunəçilər binada quraşdırılmış və idarəetmə üçün əlçatan olan “ağıllı” sistemləri idarə edə bilərlər.

Qeyd edək ki, IP-televiziya hələ də inkişaf prosesini keçir, və bu proses faktiki olaraq sonsuzdur. Dünya miqyasında texnologiyalar təkmilləşdirildikcə və abunəçi bazası genişləndikcə, IPTV son istifadəçilərə, və deməli operatorlara getdikcə daha çox imkanlar yaradacaq.

IP-televiziyanın arxitekturası

IP-televiziyanın abunəçilər üçün üstünlükləri