Tələbələrə

Əgər Siz Bakının Ali Təhsil Müəssisələrindən birinin tələbəsisinizsə, Smartek şirkəti Sizi dərs prosesindən ayırmadan praktiki biliklər əldə etmək imkanı yaradır. Bu, natamam məşğulluq, işi evdə yerinə yetirmə, yay praktikası və s. ilə özünü göstərir. Özünü yaxşı göstərmiş tələbələrə xüsusi əlavə təlim və daimi iş təklif oluna bilər. Biz yaradıcı yanaşmanı və kreativ düşüncəni, məsuliyyətlilik və punktuallığı, eləcə də özünü təlim bacarığını qiymətləndiririk.

İlk növbədə bizi aşağıdakı Ali Təhsil Müəssisələrinin tələbələri maraqlandırır:
 

  • Bakı Dövlət Universiteti (texniki ixtisaslar)
     
  • Azərbaycan Neft Akademiyası
     
  • Azərbaycan Texniki Universiteti

 

Əgər Siz öz karyeranızı perspektivli yüksək texnologiyalar sferası ilə məşğul olan dinamik inkişaf edən şirkətdə qurmaq istəyirsinizsə, bizim saytda anket doldurun. Biz müvafiq tələbat olduqda mütləq Sizinlə əlaqə saxlayacağıq.

Anket doldurmaq