Azərbaycanın hüdudlarından kənarda partnyorluq

Smartek şirkəti Azərbaycanın hüdudlarından kənarda dövlət təşkilatlarına, şirkətlərə və özəl şəxslərə informasiya texnologiyaları sahəsində partnyorluq təklif edir. Partnyorluq münasibətləri birgə layihələrdə, bizim şirkətin xarici nümayəndəliyinin açılmasında, bizim və ya xarici mütəxəssislərin təcrübə mübadiləsi və ixtisasartırmasında özünü göstərə bilər. Məsələn, yaxın gələcəkdə biz öz nümayəndəliyimizi Qazaxıstan və Gürcüstanda açmaq istəyirik.

Smartek şirkəti Azərbaycanda yüksək texnoloji həllərin inteqratorudur. 2007-ci ildən bəri biz ölkənin özəl şəxslərinə və təşkilatlarına insan həyatını daha rahat və təhlükəsiz etməyə yönəlmiş “ağıllı” texnologiyaların tətbiqi üzrə xidmətlər təqdim edirik. İllərlə iş ərzində biz bir sıra mürəkkəb layihələri həyata keçirmişik, onların bir qismi ilə Siz Portfolio bölməsində tanış ola bilərsiniz.

Bizim mühəndislərimiz müntəzəm olaraq bu sahənin aparıcı mütəxəssisləri tərəfindən keçirilən ixtisaslaşdırılmış treninqlərə baş çəkir, bu da Smartek şirkətinə yüksək texnologiyalar sferasında yeniliklər və tendensiyalardan daim xəbərdar olmağa şərait yaradır. Hal-hazırda bizim şirkətin intellektual bazası bizə həm Azərbaycanda, həm də ondan kənarda bir neçə layihəni eyni zamanda aparmağa şərait yaradır. Bununla bağlı Smartek bizim fəaliyyətin coğrafiyasını genişləndirməyə və qarşılıqlı faydalı əməkdaşlıq üzrə istənilən təklifləri nəzərdən keçirməyə hazırdır.

Siz Fəaliyyət linki üzrə keçməklə bizim şirkətimizlə daha yaxından tanış ola bilərsiniz. Əgər Sizin əlavə suallarınız yarandısa, Siz onları Əlaqə səhifəsindən bizə ünvanlaya bilərsiniz.