İnvestorlara

Smartek şirkəti “ağıllı” texnologiyaların Azərbaycanda populyarlaşdırılmasını birinci dərəcəli məsələ hesab edir. Təəssüf ki, ölkədə bu məsələ üzrə maarifləndirmə səviyyəsi çox aşağıdır, baxmayaraq ki, ölkə Prezidenti cənab İlham Əliyev yüksək texnologiyaların inkişafını dövlət miqyasında prioritet məsələ elan etmişdir.

Biz müntəzəm olaraq həm ölkəmizdə, həm də xaricdə keçirilən sərgilərdə iştirak edirik, forumlarda və sosial şəbəkələrdəki diskussiyalarda iştirak edirik və Kredomuzu daha çox insana çatdırmağa çalışırıq. Lakin bir şirkətin resursları kifayət etmir, ona görə də biz o insanların təkliflərini eşitməyə şad olarıq ki, gələcəyin yüksək texnologiyalarla olduğunu bilirlər və bizim kimi əmindirlər ki, Azərbaycan əldən buraxılanları geri qaytarmalıdır və bu istiqamətdə aktiv inkişaf etməlidir.

Bu gün yüksək texnologiyalar bazarı şəhər və kənd üçün, zavod və fermalar üçün, tədris mərkəzləri və tibbi müəssisələr üçün universal həllərin geniş spektrini təklif edir. Lakin hətta Bakıda da əksər biznes mərkəzlərində, xəstəxanalarda, ali təhsil müəssisələrində və s. hələ də mənəvi və texniki cəhətdən köhnəlmiş, daha az etibarlı, daha az qənaətli və daha az təhlükəsiz avadanlıqlardan istifadə olunur. Bütün bunlarla yanaşı, bu bizim paytaxtımızın və ümumilikdə ölkəmizin imicinə ciddi zərər vurur.

Əgər Siz bizim pozisiyamızla razısınızsa və yüksək texnologiyalar kimi perspektivli, aktual və faydalı sferaya investisiya qoymaq istəyirsinizsə, bizimlə Əlaqə yaradın. Biz Sizin istənilən təklifinizi nəzərdən keçirəcəyik, eləcə də tərəfimizdən hazırlanmış investorlar üçün təkliflər paketi ilə Sizi tanış edəcəyik.