İdeya var!

Yüksək texnologiyalar dünyası sürətlə inkişaf edir. Az qala hər gün yeni ideyalar, yeni həllər ortaya çıxır. Smartek şirkəti bu sahənin bütün əhəmiyyətli yeniliklərini izləyərək tempi saxlamağa çalışır. Buna baxmayaraq, biz mümkün hesab edirik ki, hansısa ideyalar bizdən yan keçə bilər, hansısa yenilikləri dəyərləndirə bilmərik, hansısa tendensiyaya isə vaxtında reaksiya verə bilmərik. Buna görə də biz, yüksək texnologiyalar sahəsində və əlaqədar sahələrdə olan bütün mütəxəssislərə təkliflə müraciət etmək istəyirik.

Hörmətli həmkarlar, əgər Sizin öz yaradıcı ideyalarınız varsa, və ya Siz realizasiyasını əsaslandırılmış hesab etdiyiniz hansısa yeni ideya aşkarlamısınızsa, bizimlə əlaqə saxlayın. Əgər bizim ekspertiza Sizin ideyanın aktuallığını təsdiqləyərsə, biz Sizi zəruri intellektual və maddi dəstəklə təmin etməyə hazırıq.

Bizimlə Əlaqə səhifəsi vasitəsilə əlaqə yaratmaq olar.