Haqqımızda

Smartek şirkətinin yaradılması ideyası 2007-ci ilin axırında yarandı, onun gələcək təsisçiləri növbəti ezamiyyətdən qayıtdıqdan sonra bu fikrə gəldilər ki, Azərbaycan üçün “ağıllı texnologiyalar” zamanı gəlmişdir və özlərini bu işə həsr etmək qərarına gəldilər. Azərbaycanın “ağıllı texnologiyalar” bazarında xarici şirkətlərin mütləq hökmranlığını müşahidə edərək, biz hər kəsə, ilk növbədə özümüzə isbat etmək qərarına gəldik ki, azərbaycanlı mütəxəssislərin fəhmi və peşəkarlıq səviyyəsi bizə bu sferada möhkəm, stabil, arxayın və rəqabətədavamlı şirkət yaratmağa imkan verəcək.

Biz öz ölkəmizin işıqlı gələcəyinə səmiyyətlə inanırıq və onun inkişafına öz töhfəmizi verməyə hazırıq. Biz enerji istifadəsinin aşağı salınmasına, informasiyanın əlçatanlıq dərəcəsinin yüksəlməsinə, əhalinin təhsil keyfiyyətinin artırılmasına, kommunal xidmətlərin təqdim edilmə keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələrdə və bizim və övladlarımızın həyatının rahatlığını təmin edən digər layihələrdə təmənnasız iştirak etməyə hazır olduğumuzu ifadə edirik.

Biz əminik ki, “ağıllı texnologiyalar” müasir dünyada inkişafın ən vacib təkanıdır və biz bu istiqamətin inkişafında aktiv iştiraak etməyi planlaşdırırıq. Bu məqsədlə Smartek şirkəti yüksək texnologiyalar sferasında özünü reallaşdırmaq istəyən tələbələr üçün xüsusi proqram işləyib hazırlamışdır. Biz texniki fakültələrin bacarıqlı və həvəsli dinləyicilərinə müvafiq təlim və sonradan bizim şirkətdə işə düzəlmə təklif edirik. Gənc mütəxəssislərin hazırlığına sərmayə yatıraraq biz öz təcrübə və biliklərimin boşa getməməsinin qeydinə qalırıq.